Bank Respublika kreditləri 0% komissiya ilə və 48 ay müddətinə təqdim edəcək
09:58 - 3.05.2021
3 may, Fineko/abc.az. Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika,
Ramazan bayramı ərəfəsində yeni “Bayram Fürsəti” adlı nağd kredit kampaniyasına start verir.
Belə ki, may ayının 9-dək “Bank Respublika”ya müraciət edən istənilən peşə sahibləri max.müddәti 48 ay
olan nağd istehlak kreditlərini 0% komissiya ilə götürmək fürsətini əldə edəcəklər. Bundan başqa, kampaniya çərçivəsində nağd istehlak krediti götürən müştərilərə Mastercard PayPass Stiker hədiyyə
olunacaq.
Qeyd edək ki kampaniya çərçivəsində 30 000 manatadək nağd istehlak kreditlərini 15%-dən başlayan faiz
dərəcəsilə və ZAMİNSİZ əldə etmək mümkün olacaq.
"Bank Respublika"da kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının
olmamasıdır.
Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq Bank Respublika”nın rəsmi
saytından, facebook səhifəsindən , eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144
144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları
arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank
qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə
qrupunun üzvü) var.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng
edərək əldə edə bilərsiniz.