Birinci rübdə bankların kredit portfeli 1,4% artıb

16:13 - 30.04.2021


30 aprel, Fineko/abc.az. Kredit aktivliyinin bərpası davam edir.

ABC.AZ-ın məlumatına görə, bunu mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

O qeyd edib ki, birinci rübdə bankların kredit portfeli 1,4%, o cümlədən, biznes kreditləri 1%, ipoteka kreditləri 4,3%, istehlak kreditləri 0,5% artıb.

"Makroprudensial yumuşaldılmaların bir çoxunun iyul ayının 1-dək uzadılması kredit aktivliyinə əlavə dəstək verməkdədir",- deyə Elman Rüstəmov deyib.