15:36 - 30.04.2021
30 aprel, Fineko/abc.az. Əsasən dövlət investisiyaları ilə dəstəklənən məcmu tələbin qısamüddətli dövrdə inflyasiyaya təzyiq yaradacağı gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Ölkənin baş bankiri qeyd edib ki, inflyasiya gözləntilərində dəyişikliklər baş versə də, yenilənmiş proqnozlar inflyasiyanın ilin sonunda hədəf daxilində (4±2%) qalacağını göstərir: "Ötən iclasdan bəri risk balansında inflyasiyanı hədəfdən kənarlaşdıra biləcək dəyişikliklər baş verməmişdir. İnflyasiya başlıca olaraq qeyri-monetar xarakterli birdəfəlik xərc və mövsümi faktorlardan təsirlənir. Əlverşli xarici mühit fonunda valyuta bazarında sabitlik və milli valyutanın məzənnəsinin sabitliyi davamlı xarakter almış və xərc amillərinin təsirlərini balanslaşdırır".
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026