Bu BOKT-un rəhbəri dəyişdi

10:39 - 12.02.2021


12 fevral, Fineko/abc.az. "Prior Credit" MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Emin Vəliyev vəzifəsindən azad edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, BOKT-a rəhbərlik Kifayət Ağalarovaya həvalə olunub.

Qeyd edək ki, "Prior Credit" ötən il yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Kredit təşkilatı "Prior Leasing" ASC ilə eyni hüquqi ünvanda fəaliyyət göstərir.