Qızıl 16 dollardan çox bahalaşdı – Birja

10:03 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. Dünya birjalarında qızıl dəyər qazanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 16,30 ABŞ dolları bahalaşaraq 1 899,50 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,92 dollar artaraq 26,83 dollara satılıb.