Əlavə dəyər vergisi inteqrasiya olunacaq

15:55 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Əlavə dəyər vergisinin qaytarılması üçün yaradılan informasiya sistemi digər bankların elektron bankçılıq həllərinə inteqrasiya olunacaq.

ABC.AZ Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verir ki, qeyd olunan məsələ ilə bağlı Assosiasiya tərəfindən İqtisadiyyat Nazirliyinə müraciət edilib.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin, Azərbaycan Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasına üzv bankların nümayəndələri ilə görüş keçirilib.

Görüşdə müvafiq informasiya sistemi ilə inteqrasiyanın yaradılması həmçinin ədvgerial layihəsinə digər bankların da  qoşulması məsələləri müzakirə edilib.