Bankların kredit portfeli 2 faizdən çox azalıb - Hesabat

15:44 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi Mərkəzi Bank bank sektoru üzrə bəzi göstəriciləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, ölkənin Baş Bankının aylıq statistikasına əsasən, bu ilin dekabr ayının 1-nə Azərbaycandakı bankların kredit portfelinin həcmi illik 2,9% azalaraq 14 milyard 681,3 milyon manata enib.

Dekabr ayının 1-nə ölkədəki bankların kredit portfelinin 30,03%, məbləğ ifadəsində 4 milyard 408,5 milyon manat, xarici valyutada olan kreditlər təşkil edib.

Bu göstərici son bir ildə 5,15 faiz bəndi, son iki ildə isə 7,2 faiz bəndi azalıb. Kreditlərin dollarizasiyası səviyyəsi sonuncu dəfə bundan az 2015-ci ilin fevralın 1-də olub və 27% təşkil edirdi.