15:00 - 25.12.2020
25 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank ölkədəki bankların maliyyə durumu barədə göstəriciləri açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, 11 ay ərzində bankların əməliyyat gəlirləri 2 milyard 350,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,6% azdır.
Sözügedən dövrdə əməliyyat xərcləri 1 milyard 544,3 milyon manat (0,4% az), xüsusi ehtiyatlara ayırmaları 112 milyon manat (47,9% az), digər gəlirləri 0,4 milyon manat (98,1% az), mənfəət vergisi ödəmələri isə 146,1 milyon manat (2,2 dəfə çox) təşkil edib.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026