Qızıl 5 dollardan çox bahalaşdı – Birja

09:44 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri məlum olub.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,10 ABŞ dolları bahalaşaraq 1 883,20 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,01 dollar azalaraq 25,91 dollara satılıb.