Büdcə kəsirinin artması müəyyən narahatlıq doğurur – Elman Rüstəmov

14:35 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi Milli Məclisin bu gün növbəti iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov iclasda bəzi məsələlərə aydınlıq gətirib.

O qeyd edib ki, ümumilikdə 2020-ci ildə Azərbaycan iqtisadiyyatı daxili və xarici şoklara adekvat cavab verib.

"Dayanıqlı iqtisadi artım trayektoriyasına qayıtmaq, azad olunmuş ərazilərin yenidən qurulması işlərinə başlanması əsas vəzifələrdəndir. Növbəti ildə büdcə xərcləri kontrsiklik olmaqla sabitliyə yönəlib. Son illər büdcə kəsirinin artması müəyyən narahatlıq doğurur. Onun qeyri-dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsi bunu deməyə əsas verir".