17:10 - 23.12.2020
23 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı iclası keçirilib. ABC.AZ-ın məlumatına görə, iclasda maliyyə naziri Samir Şərifov manatın məzənnəsinə toxunaraq hər hansı dəyişikliyin olmadığını vurğulayıb.
Nazir bildirib ki, məzənnə hazırda 1,70 manat kimi götürülür və bütün hesablamalar da bu məzənnə üzərində qurulub: "COVID-19 pandemiyası fonunda manatın dollara qarşı sərt bağlılığı daha yumşaq bağlılıqla əvəz olunması müzakirə mövzusu deyil".
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026