12:45 - 21.12.2020
21 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı depozit hərracında 100 mln. manat cəlb edib.
"AMB dekabrın 21-də banklar üçün növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib. Hərracda təklif 581,7 mln. manat təşkil edib. Hərrac zamanı ortaçəkili faiz dərəcəsi 5,76% təşkil edib", - AMB-dən bildiriblər.
Vəsaitlər 15 gün müddətinə cəlb edilib.
AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026