12:34 - 21.12.2020
21 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri müəyyənləşib.
ABC.AZ-ın məlumatına görə, 2021-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərclərinin miqdarı da bəlli olub.
Büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi 11111,9 milyon manat məbləğində proqnozlaşdırılıb.
Bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026