Büdcənin icrasında artıqlıq yaranıb – 79 milyon manata yaxın

15:07 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 22 milyard 241,1 milyon manat vəsait daxil olub, büdcədən 22 milyard 162,7 milyon manat vəsait xərclənib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 11 ayda büdcənin icrasında 78,4 milyon manatlıq profisit (artıqlıq) yaranlb

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 20 milyard 207,1 milyon manat vəsait daxil olmuşdu, büdcədən 20 milyard 722,1 milyon manat vəsait xərclənmişdi. Nəticədə büdcənin icrasında 515 milyon manatlıq kəsir yaranmışdı.

Müəllif: Elmir Murad