12:23 - 16.12.2020
16 dekabr, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankı 2 ildə kəskin pul itirib.
ABC.AZ-ın məlumatına görə, ekspertlərin hesablamasına əsasən, Türkiyə Mərkəzi Bankının dövlət bankları vasitəsilə təxminən iki il davam etdirdiyi valyuta satışları ilə valyuta ehtiyatlarının təxminən 130 milyard dollarını itirib.
Ekspertlərin fikrincə, ölkənin Mərkəzi Bankının qarşıdakı dövrdə valyuta ehtiyatlarını artırması lazımdır.
Əks halda türk lirəsinin vəziyyəti ürəkaçan olmayacaq.
Qeyd edək ki, ardıcıl bir neçə ildir Türk Lirəsi dəyərdən düşür.
Müəllif: Elmir Murad
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026