Tədiyyə balansında kəskin kəsir yarandı – Hesabat

15:01 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 milyard 803,7 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 4 milyard 166,8 milyon dollarlıq qalıq yaranmışdı.

Mərkəzi Bankın məlumatına görə, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 208,3 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), kapital hesabındakı 7,6 milyon dollarlıq kəsir (2,05 dəfə çox), maliyyə hesabındakı 2 105,6 milyon dollarlıq kəsir (6,2 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 517,8 milyon dollarlıq qalıq (2,05% çox) hesabına formalaşıb.