Şəhid və qazi ailələri ilə bağlı Elman Rüstəmova müraciət edilib

12:31 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi bu gün Milli Məclisin iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclasda şəhid və qazi ailələrinin üzləşdiyi çətinliklərə də toxunulub.

Millət vəkili Vahid Əhmədov qeyd edib ki, şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var.

"Mərkəzi Bankın sədrindən xahiş etdik ki, Banklar Assosiasiyası, ümumiyyətlə, bu ailələrin banklarda olan kreditlərini silməklə bağlı məsələyə baxsın. Banklarda vəsait yoxdursa, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit sistemi ilə həmin banklara kredit verə bilər. Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik”.