Kredit faizləri azaldılacaq? – Deputatdan açıqlama

12:15 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Millət vəkili Tahir Mirkişili Mərkəzi Bankda hazırda yeni qanun layihəsi barədə aktiv iş getdiyini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, T.Mirikişili Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, banklarda kredit faizləri yüksəkdir: “Biz də istərdik ki, kredit faizləri birrəqəmli olsun.

Bunun üçün banklarda olan sərbəst vəsaitlərin bazara sərbəst transferini təmin etmək lazımdır. Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir.

Bu qanun layihəsi qəbul ediləndə bank kreditlərinə daha yaxşı çıxış imkanları yaranacaq”.