Qorunan əmanətlərin həcmi artırıldı – Qanun qəbul olundu

11:54 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

ABC.AZ xəbər verir ki, qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif olunub. Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.