AMB depozit hərracında 200 mln. manat cəlb edib

12:42 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı depozit hərracında 200 mln. manat cəlb edib.

"AMB dekabrın 14-də banklar üçün növbəti depozit hərracı keçirib və bu hərracda 200 mln. manat cəlb edib. Hərracda təklif 552,8 mln. manat təşkil edib. Hərrac zamanı ortaçəkili faiz 6,01% təşkil edib", - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.