Bu BOKT-lar 2020-ci ildə yaranıb – Siyahı

12:06 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi 2020-ci il əvvəlki illərlə müqayisədə daha təlatümlü keçməkdədir.

ABC.AZ-ın məlumatına görə, bu dövrdə pandemiya həm dünyanın düzəninə, həm də iqtisadiyyatına mənfi təsir etdi.

Bu proseslər Azərbaycandan da yan keçmədi. Amma bu il iqtisadiyyatın bəzi sahələrində yeniliklər də oldu. Maliyyə və bank sektorunda da bir neçə yeni Bank Olmayan Kredit Təşkilatları (BOKT) yarandı.

Bu il yaradılan BOKT-lar “Azpul”, “Finans Kredit” və “Prico Credit”dir. Qeyd edək ki, Azərbaycanda hazırda 48 BOKT fəaliyyət göstərir.

Müəllif: Elmir Murad