Əmanətlərin qayrarılması bundan sonra belə olacaq – Detallar

12:17 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. Əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası dəyişir.

ABC.AZ xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdə qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması irəli sürülüb.

Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunub.

Qeyd edək ki, hazırda bank əmanətləri “Əmanətlərin sığortalanması haqqında” qanun əsasında yaradılmış əmanətlərin sığortalanması sistemi vasitəsilə icbari qaydada sığortalanır və bankların defolt halında Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunur. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Müəllif: Elmir Murad