Valyuta hərracında banklar tərəfindən $67 milyon alınıb

13:00 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, dekabrın 10-da keçirilən valyuta hərracında banklara $67 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $67 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.