AMB valyuta hərracında banklara $66 mln. satıb

13:20 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, dekabrın 8-də keçirilən valyuta hərracında banklara $66 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $66 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.