12:45 - 7.12.2020
7 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı depozit hərracında 100 mln. manat cəlb edib.
"AMB dekabrın 7-də banklar üçün növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib. Hərracda təklif 533,5 mln. manat təşkil edib. Hərrac zamanı orta çəkili faiz 6,01% təşkil edib", - deyə AMB-dən bildiriblər.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.
28 Avqust 2026
28 Avqust 2026