AMB depozit hərracında 200 mln. manat cəlb edib

12:56 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı depozit hərracında 200 mln. manat cəlb edib.

"Noyabrın 30-da AMB banklar üçün növbəti depozit hərracı keçirib və bu hərracda 200 mln. manat cəlb edib. Hərracda təklif 772,5 mln. manat təşkil edib. Hərrac zamanı orta çəkili faiz 6,01% təşkil edib", - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.