17:37 - 20.11.2020
20 noyabr, Fineko/abc.az. İlkin rəqəmlərə əsasən 2020-ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 641 milyon ABŞ dolları olub.
ABC.AZ-ın məlumatına görə, bu, Mərkəzi Bankın Pul Siyasəti icmalında bildirilir.
2019-cu ilin 9 ayında ölkəyə daxil olan pul baratları 793.5 milyon ABŞ dolları təşkil etmişdi.
Beləliklə, 2019-cu ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 152,5 milyon dollar və ya 19,2% azalıb.
28 Avqust 2026
28 Avqust 2026