16:20 - 19.11.2020
19 noyabr, Fineko/abc.az. Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacağını xəbər vermişdik. ABC.AZ-ın məlumatına görə,
Bank faizini 4,75 bənd artıraraq 10.25%-dən 15%-ə yüksəldib. Eskepertlərin proqnozu özünü doğruldub.
Belə ki, onlar da Mərkəzi Bankın bugünkü yığıncaqda faizi 4,75 bənd artıraraq əsas pul siyasəti faizini 15%-ə çatdıracağını gözləyirdilər.
Qərardan sonra Türk Lirəsi dollar qarşısında 2%-ə yaxın bahalaşıb və Dollar/TL məzənnəsi 7,56 səviyyələrinə geriləyib.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026