AMB valyuta hərracında banklara $62,8 mln satıb

12:49 - 19.11.2020


10 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, noyabrın 19-da valyuta hərracında banklara $62,8 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $62,8 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.