Türk Lirəsinin taleyi həll olunur – Bu gün yeni qərar veriləcək

10:45 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Türk Lirəsi üçün bu gün həlledici ola bilər.

ABC.AZ-ın məlumatına görə, Türkiyə Mərkəzi Bankı bu gün Bakı vaxtı ilə saat 15:00-da faiz qərarını açıqlayacaq.

Bu gün veriləcək faiz qərarı Türkiyı Mərkəzi Bankının yeni sədri Naci Ağbalın ilk faiz qərarı olacaq.

Ekspertlər Mərkəzi Bankın bugünkü yığıncaqda faizi 4,75  bənd artıraraq əsas pul siyasəti faizini 15%-ə çatdıracağını gözləyirlər. Ekspertlər hesab edir ki, proqnozun reallaşması vəziyyətində, bu, 2018-ci ilin Sentyabr ayında edilən 6,25 bənd faiz artımından sonra ən yüksək faiz artırımı olacaq.

Müəllif: Elmir Murad