AMB valyuta hərracında banklara $63,4 mln satıb

15:07 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, noyabrın 12-də valyuta hərracında banklara $63,4 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $63,4 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.