15:05 - 12.11.2020
12 noyabr, Fineko/abc.az. Bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 314 milyon 407,0 min manat həcmində vergi və rüsumlar daxil olub.
ABC.AZ-ın məlumatına görə, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 20,4% az, bu ilin sentyabr ayı ilə müqayisədə isə 1,4% çoxdur.
Bu ilin oktyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 23,6% azalaraq 84 milyon 684,9 min manat olub.
Bu ilin sentyabr ayı ilə müqayisədə isə bu göstərici 9,3% azalıb.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026