Rubl ucuzlaşmaqda davam edir – Detallar

15:04 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Rusiya Rublu ucuzlaşmaqda davam edir.

ABC.AZ-ın məlumatına görə, şimal qonşumuzun valyutasının dəyər itirməsinə Brent neftinin təxminən 4% ucuzlaşaraq qiymətinin 36 dollar düşməsi təsir edib.

Bildirilir ki, Moskva Birjasında Dolların qiyməti 80,54 səviyyəsinə yüksəlib. Dollar Rubl qarşısında 1,27% dəyər qazanıb.

Banklarda Dolların satış qiyməti 81 rublu keçib. Rubl qarşısında bahalaşan tək dollar olmayıb. Belə ki, avro da 1,23% bahalaşaraq 93,75 rubla qalxıb.

Müəllif: Elmir Murad