AMB depozit hərracında 200 mln. manat cəlb edib

12:17 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı depozit hərracında 200 mln. manat cəlb edib.

"AMB noyabrın 2-də banklar üçün növbəti depozit hərracı keçirib və bu hərracda 200 mln.manat cəlb edib. Hərracda təklif 808,4 mln. manat təşkil edib. Hərrac zamanı ortaçəkili faiz 6,01% təşkil edib", - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.