Xarici Bankın Bakı filialı 9 ayda 315 min manat zərər edib – Hesabat

12:34 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Pakistan Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr ayları üzrə hesabat açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, sözügedən dövrdə 315 min manat zərərlə başa vurub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% çoxdur. 9 ay ərzində Pakistan bankının gəlirləri 296 min manat, xərcləri 613 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2 min manat  təşkil edib.