10:59 - 25.09.2020
25 sentyabr, Fineko/abc.az. Sentyabrın 30-da keçiriləcək Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi məlum olub.
ABC.AZ-ın məlumatına görə, toplantının gündəliyinə 22 məsələ daxil edilib.
İclasda “Mülki Prosessual, Cinayət, Miqrasiya, İnzibati Xətalar, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” və s. qanunlara dəyişiklik layihələri I oxunuşda müzakirə ediləcək. Bundan əlavə, iclasda Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək.