11:04 - 24.09.2020
24 sentyabr, Fineko/abc.az. Beynəlxalq "S&P Global Ratings" agentliyi COVID-19 pandemiyası fonunda bu il avtomobil satışları ilə bağlı proqnoz açıqlayıb.
ABC.AZ xəbər verir ki, proqnoza əsasən, 2020-ci il qlobal minik avtomobillərinin satışları 20% azalacaq.
Agentliyin proqnozunda qeyd olunub ki, regionlar üzrə bu ilin II rübündə Çinin avtomobil bazarında artım əlamətləri müşahidə edilməyə başladı, iyul-avqust aylarında Avropa və Şimali Amerikada bir qədər sabitləşmə oldu.
Agentliyin proqnozunda 2021-2022-ci illər üçün qlobal avtomobil satışları üzrə ehtimallar 7% artıb. Belə ki, ABŞ-da bu il satışların 20-22% azalacağı, 2021-ci ildə 13-15% artacağı, Avropada isə bu il 20-25% azalma, 2021-ci ildə isə 8-10% artım gözlənilir.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026