Azərbaycan Maliyyə Nazirliyi 25 milyon manat həcmində qısamüddətli istiqrazlar satdı

10:24 - 11.10.2017


Azərbaycan Maliyyə Nazirliyi dövlət qısamüddətli istiqrazlarının (DQİ) növbəti yerləşdirilməsini keçirdi.

“Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyətinin bildirdiyi kimi, 10 oktyabr tarixində, Maliyyə Nazirliyi 364 gün tədavül müddətli 25 milyon manat həcmində manatla nominasiya olunmuş DQİ satıb.

10  investor tərəfindən, 88.9470 AZN (gəlirliliyi 12.4949%) və 94.3688 AZN (6.0001%) qiymət intervalı ilə DQİ alışı üçün 20 sifariş daxil olub.

Maliyyə Nazirliyinin qərarı ilə, kəsmə qiyməti 93.9281 AZN (gəlirlilik 6.5000%) səviyyəsində təyin edilmiş, orta ölçülmüş qiymət 94.1479 AZN (6.2501%) təşkil etmişdir. Nəticədə 25 milyon manatlıq DQİ satılmışdır.