15:05 - 22.07.2020
22 iyul, Fineko/abc.az. 2018-ci ilədək Tbilisidə fəaliyyətdə olan “C.T Park” tərəfindən yazılan 6000-dən artıq vətəndaşın cəriməsi silinir.
ABC.AZ xəbər verir ki, bu barədə şəhərin meri Kaxa Kaladze məlumat verib.
O qeyd edib ki, bu qanun layihəsində 2018-ci ilin 10 aprel tarixinədək yazılan və indiyədək ödənilməyən cərimələrin silinməsi nəzərdə tutulur: "Ödənilməmiş cərimələr əhaliyə böyük iqtisadi problem yaradırdı və buna görədə silinməsi qərarına gəldik.
Bu minlərlə insanın cəmdə 850 000- lari dəyərində olan cərimənin silinməsi deməkdir”.
Qeyd edək ki, Tbilisi meryası C.T Park ilə sazişə 2018-ci ilin 10 aprel tarixində son qoyub.
Müəllif: Elmir Murad
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026