11:20 - 20.07.2020
20 iyul, Fineko/abc.az. Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, sözügedən yol uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yoludur.
Yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunub. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.
Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı inşa edilib, 12 metr uzunluğunda körpünün inşası işləri yekunlaşdırılıb. Bununla da, 10 yaşayış məntəqəsinin 18 min əhalisinin rahatlığı təmin edilib.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026