11:15 - 25.06.2020
25 iyun, Fineko/abc.az. Ötən gün Gürcüstan Parlamenti anti-böhran planını təsdiqləyib.
ABC.AZ-ın Gürcüstan mətbuatına istinadən məlumatına görə xəbər verir ki, koronavirusla əlaqədar, anti-böhran planının lehinə 84 deputat səs verib, əleyhinə isə çıxan olmayıb.
Parlamentin qəbul etdiyi plana əsasən, hökumət ilin sonunadək 16 milyard lari xərcləyəcək. Sənəddə bildirilir ki, koronavirus səbəbi ilə yaranmış vəziyyətlə əlaqədar büdəcəyə əlavələr edilib. Büdcədən ayrılacaq vəsaitdən 3-4 milyard larisi anti-böhran layihələri üçün istifadə ediləcək. Bundan əlavə, müxtəlif dövlət orqanlarının xərclərinin azaldılması da həyata keçiriləcək.
Müəllif: Elmir Murad
30 İyul 2026
30 İyul 2026
30 İyul 2026
30 İyul 2026
27 İyul 2026
27 İyul 2026