14:38 - 21.05.2020
21 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Ağstafa rayonuna yeni icra başçısı təyin edib.
ABC.AZ-ın məlumatına görə, dövlət başçısının Sərəncamı ilə yeni təyin olunmuş Seymur Vaqif oğlu Orucovun ilk iş yeri İqtisad Universiteti olub.
Yeni icra başçısı 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.
29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. Ailəlidir.
Qeyd edək ki, Seymur Orucov YAP-ın Səbail rayon təşkilatının sədri, Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkənidir.