10:04 - 13.03.2020
13 mart, Fineko/abc.az. Soyuqdəymə və öskürək qorxusundan irəli gələn çaxnaşma nəticəsində şəhərlər və ölkələr sərhədləri bağlanır və fond bazarları aşağı yuvarlanır.
ABŞ fond indeksləri Dow Jones Industrial Average və Standard & Poor's 500, cümə axşamı ticarətinin nəticələrinə görə 9,5%-dən çox düşdü. Bu, 19 oktyabr 1987-ci ildən etibarən record düşmədir. Nəticədə, Nasdaq Composite daxil olmaqla, bütün üç əsas indeks son pik səviyyələrindən 20%-dən çox azalıb.
Etalon markaların neft qiymətləri KRVİ ətrafında isteriya və OPEC+ əməliyyatlarının pozulması fonunda davamlı enmədən sonra bu gün yüksəlir.
Martın 12-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi $2,57 (7,18%) azalaraq bir barelə $33,22 təşkil etmişdir.
May fyuçersi saat 9:30-da isə $0,61 (1,84%) artaraq bir barelə $33,83 təşkil etmişdir.
Martın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi $1,48 (4,49%) artaraq bir barelə $31,50 təşkil etmişdir.
Aprel ayı üzrə fyuçers qiyməti saat 9:30-da $0,77 (2,44%) artaraq bir barelə $32,27 təşkil etmişdir.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti $3,69 (10,2%) kəskin düşərək bir barelə $32,35 təşkil edib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026