15:02 - 9.01.2020
9 yanvar, Fineko/abc.az. “MİDA” MMC “Güzəştli mənzil” Sisteminin funksionallığının artırılması ilə əlaqədar təkmilləşdirilməsi üzrə tender keçirir.
Tenderdə iştirak haqqı 800 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 16 yanvar 2020-ci il saat 15.00-a , tender təklifini isə 27 yanvar 2020-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Zərflərin açılışı 28 yanvar 2020-ci il saat 15.00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Əlaqələndirici şəxs : Fariz Abdullayev
Telefon: (+99412) 594-54-01
30 İyul 2026