16:48 - 25.11.2019
25 noyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi mühərriki 95 a.g qüvvəsi olan 4 ədəd minik avtomobilinin satınalınması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 150 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 04 dekabr 2019-cu il saat 13.00-a , tender təklifini isə 12 dekabr 2019-cu il saat 19.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Zərflərin açılışı 13 dekabr 2019-cu il saat 13.00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Açıq tenderin elektron şərtlər toplusunu 04.12.2019 18:23 tarixindən sonra əldə etmək olar.
Əlaqələndirici şəxs: Rövşən Əliyev
Telefon : (994 12) 498-89-14(1216)
30 İyul 2026