16:27 - 9.09.2019
9 sentyabr, Fineko/abc.az. Bu gün Dünya Bankının vergi islahatlarına dəstək üzrə texniki yardım missiyası Bakıya gəlib.
Missiyaya Bankın daxili resursların mobilləşdiriməsi üzrə qlobal lideri Raul Feliks Xinquera-Varelanın (Raul Félix Junquera-Varela) rəhbərlik edir.
Sentyabrın 13-dək davam edəcək səfər çərçivəsində missiya Azərbaycan Vergilər Nazirliyində bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə İspaniyalı mütəxəssis DB-nin vergi islahatları ilə bağlı digər ölkələrdə olan təcrübəsini bölüşəcək.
© Report.az