16:03 - 7.08.2019
7 avqust, Fineko/abc.az. Qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi, bu sahədə çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib.
Vergilər Nazirliyindən verilən məlumata görə, vergi güzəştinin tətbiqindən ötən 6 ay ərzində bu kateqoriya işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib.
Qeyd edilir ki, ilin sonunadək həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır.