14:30 - 28.11.2017
28 noyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah Azərbaycanda gözlənilən hava şəraiti haqqında məlumatı təqdim edib.
Nazirliyin xəbərində deyildiyi kimi, noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam isə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.
Abşeron yarımadasında gecə 3-5, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə noyabrın 29-da gözlənilən hava əsasən yağıntısız olacaq, lakin şimal və dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimal olunur. Bəzi yerlərdə duman olacaq, şərq küləyi üstünlük təşkil edəcək.
Azərbaycanın bölgələrində havanın temperaturu gecə 0 - müsbət 4, gündüz müsbət 9-14 dərəcə, dağlarda gecə mənfi 1-6, gündüz isə müsbət 6-10 dərəcə təşkil edəcək.
27 İyul 2026
25 İyul 2026