14:51 - 27.11.2017
27 noyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabah Azərbaycanda gözlənilən hava şəraiti haqqında məlumatı elan edib.
Nazirlikdən verilən məlymata əsasən, noyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, lakin gecə bəzi yerlərdə çiskinli olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Bölgələrdə noyabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcəyi gözlənilir.