11:05 - 19.02.2019
19 fevral, Fineko/abc.az. Yanvar ayında Azərbaycanda 5,929,5 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2,9% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə adambaşına düşən ÜDM-in payı 2,1% artaraq 601,1 manat təşkil edib.
“Yanvar ayında istehsal olunmuş məhsulların və xidmətlərin 57,4%-i (3405,4 milyon manat) qeyri-neft sektorunun payına düşüb və bu, ötən ilin göstəricisindən 2,7% çoxdur”, - məlumatda belə deyilir.
Məlumatda deyilir ki, keçən ay istehsal olunan sənaye məhsulunun dəyəri 3769,7 milyon manat təşkil edib ki, bu da illik 3,4% artım təşkil edib. Qeyri-neft sənayesinin istehsalı isə 13,8% artaraq 846,8 milyon manat təşkil edib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026